DİM bu şəxslər üçün imtahan keçirəcək

Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün imtahan keçirəcək.

Mərkəzdən bildirilib ki, imtahan verəcək şəxslər buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Əvvəlki məqalə

Kiyevdə olan Pentaqon rəhbəri Rusiyanın dərinliklərinə zərbəyə icazə verəcəkmi?

Sonrakı məqalə

“Azərbaycana qarşı manipulyasiya metodları tətbiq olunur” –