DİN AY Partiya sədrinin ölkədən çıxışına qoyulmuş qadağa ilə bağlı açıqlama yaydı

DİN Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ölkəni tərk etmə qadağası ilə bağlı açıqlama yayıb. 
Azpost. info bildirir ki, DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, partiya sədri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması onun iki vətəndaşdan daxil olmuş şikayət əsasındadır: “Hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır. A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib”.
DİN rəsmisi bildirib ki, hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Onun ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır.
Əvvəlki məqalə

Milyarder Fərhad Əhmədovun Göyçaydakı bağında axtarış aparılıb

Sonrakı məqalə

İsa Qəmbər DSMF-dən Apellyasiya Məhkəməsinə şikayət edib