Daxili İşlər Nazirliyi (DİN) yol-nəqliyyat hadisələri zamanı piyadaların vurulması hallarının qarşısını almaq üçün yeni maarifləndirici videoçarx hazırlayıb. Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, sosial çarxda baş rolda Azərbaycanın Əməkdar artisti, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri Tahir İmanov çəkilib. Həmin videoçarxı təqdim edirik: https://www.youtube.com/watch?v=3VBAKz6QTTE&feature=emb_logo