DİN Müsavatın İran səfirliyi qarşısında aksiyası barədə məlumat yayıb

“Bu gün bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib”.

 

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib.

“Cəhdin qarşısı alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Saxlanılan yoxdur”, – deyə DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Müsavat Partiyası bu gün İranın Bakıdakı səfirliyinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib. Müsavatçılar İranın anti-Azərbaycan siyasətinə və qonşu ölkədə dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz ediblər.

Əvvəlki məqalə

“Fransa və Türkiyə taxıl ixracını təmin etmək üçün işləməyə davam edəcək”

Sonrakı məqalə

Daha 36 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib