Doqquz ayda ölkədə 46 min adam vəfat edib –Ölümün çox olduğu bölgələr hansılardır? /RƏQƏMLƏR

Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 46372 ölüm qeydə alınıb. Bu, 2021-ci ilin eyni dövrünə nəzərən 8,7 faiz azdır.

Hər 1000 nəfərə ölüm sayı 6,1 göstərilir. Ölüm səviyyəsinin daha yüksək olduğu bölgələr var. Qaxda hər 1000 nəfərə 8,1, Gədəbəydə 8, Ağstafa və Samuxda 7,9, Qazaxda 7,8, Tovuzda 7,2, Daşkəsən və Göygöldə 7,1, Goranboyda, Şirvan şəhərində və Zəngilanda 7 ölüm rəsmiləşib.

Hər 1000 nəfərə ölüm səviyyəsinin 6,1-i ötdüyü başqa bölgələr belə sıralanır:

İsmayıllı, Mingəçevir – 6,8

Füzuli, Göyçay, Yevlax – 6,7

Neftçala, Şəki – 6,6

Bakı, Bərdə, Gəncə, Salyan, Tərtər – 6,5

Ağsu, Lənkəran, Zaqatala – 6,4

Balakən, Xaçmaz – 6,3

Ağdam, Sumqayıt, Şəmkir – 6,2.

Əvvəlki məqalə

Ermənistan ordumuzun Füzulidəki mövqelərini atəşə tutub

Sonrakı məqalə

İranda SEPAH-ın polkovniki öldürülüb