Dörd ayda hansı ölkələrə nə qədər qaz satılıb? –RƏQƏMLƏR

Yanvar-aprel aylarında Azərbaycanın xaricə qaz satışı 8,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.

Energetika Nazirliyindən  bildirilib ki, cari ilin yanvar-aprel aylarında Avropaya 3,9 milyard kubmetr, Türkiyəyə 3,4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 1,9 milyard kubmetr qaz nəql olunub.

Azpost.info

Əvvəlki məqalə

Ölkədə dörd ayda 10 milyon ton neft çıxarılıb

Sonrakı məqalə

ABŞ-da 200 min dövlət qulluqçusunun şəxsi məlumatları internetə sızıb