Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə qərar verib. Nazirlər Kabinetindən verilən xəbərə görə, qərarda deyilir: 1. Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə (2020-ci il 31 mart -20 aprel) ölkə ərazisində aşağıdakı xüsusi iş (əmək) rejimi tətbiq edilsin:
1.1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı” bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin; 1.2. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etsinlər və cəlb etdikləri günlər üçün il ərzində onlara əlavə istirahət günləri versinlər; 1.3. dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılsın; 1.4. bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin; 1.5. imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin; 1.6. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir. 2. “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı ləğv edilsin. 3. Bu Qərar 2020-ci il 31 mart tarixindən qüvvəyə minir.   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı 1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı 3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (o cümlədən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri) 5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 6. Azərbaycan Respublikasının Baş Prokurorluğu 7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 10. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 13. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 15. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 16. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi 17. Azərbaycan Respublikasının Energetika Nazirliyi 18. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 19. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 20. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 21. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 22. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 23. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 24. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 25. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 26. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 27. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 28. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti 29. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti 30. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 31. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 32. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 33. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 34. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri 35. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 36. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 37. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 38. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi 39. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 40. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) 41. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 42. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar 43. Azərbaycan Respublikasının Dövlət Neft Fondu 44. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) 45. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları 46. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 47. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi 48. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 49. Azərbaycan Respublikasının Hesablama Palatası 50. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 51. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 52. “Azəriqaz” İstehsalat Birliyi 53. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 54. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 55. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 56. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 57. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 58. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 59. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 60. “Azərkontrakt” Səhmdar Cəmiyyəti 61. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti 62. Bakı Nəqliyyat Agentliyi 63. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 64. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 65. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 66. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 67. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 68. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu 69. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 70. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 71. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi 72. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi.