"Qaydalara söykənən düzən də, eyni zamanda, dinc birgəyaşayış üçün vacib şərtdir. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünün şübhə altına alınması və ya pozulması, - necə ki, məsələn, Krımda, Dağlıq Qarabağda bunun şahidi oluruq, - ümumi fundamental dəyərlərimizə ziddir". Bunu Almaniya Kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxışı zamanı söyləyib. Kansler bildirib ki, ancaq əgər Avropa Şurasının bütün qurumları sıx əməkdaşlıq edərlərsə, o zaman o, bu məsələdə həlledici rol oynaya bilər.