Dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi qaydaları müəyyənləşdirilir.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 3-də keçirilən iclasının gündəliyinə daxil edilən yeni qanun layihəsinin 8-ci maddəsində bildirilir.
“Dövlət ehtiyatları haqqında” qanun layihəsinə əsasən dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti, dövlət ehtiyatlarının buraxılması nəticəsində əldə edilmiş vəsait, qanunla qadağan edilməyən digər mənbələrdən əldə edilən vəsait hesabına maliyyələşdirilir.