Dələduzlar Dövlət Vergi Xidmətinin saxta portalını yaradıblar-- XƏBƏRDARLIQ

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində kiberdələduzların dövlət orqanlarına və müəssisələrə qarşı saxta e-poçt fişinq kampaniyası həyata keçirdiyi müəyyən olunub.

Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən, kiberdələduzlar tərəfindən Dövlət Vergi Xidmətinin veb-saytına oxşar saxta portal yaradılaraq bu proses həyata keçirilir. Nəticədə dələduzlar müəssisələrin və dövlət orqanlarının e-poçt ünvanlarına yaradılmış saxta keçidi göndərərək, zərərli faylın yüklənməsini təmin edirlər.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı və rəsmi məlumatları yalnız etibarlı mənbələrdən əldə etməyi tövsiyə edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.