Dövlət Duması Putinə digər ölkələrə ordu yeritmək səlahiyyəti verdi

Dövlət Duması prezident Putinə ordunu digər ölkələrə yeritmək səlahiyyəti verib.

Azpost.info bildirir ki, Duma Putinin xaricdə silahlı qüvvələrdən istifadə səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanun qəbul edilib. Sənədin lehinə 384 deputat səs verib, əleyhinə və bitərəf qalan yoxdur.

Dəyişikliklər “Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” federal qanunlara ediləcək.

Yeni müddəalara görə, Putin Rusiya vətəndaşları xaricdə həbs olunarsa, saxlanılarsa və ya məhkəməyə verilərsə, “Rusiya vətəndaşlarını qorumaq” üçün ordunu yeridə bilər. Əvvəllər Rusiya prezidenti yalnız “Rusiya Federasiyasının maraqlarına zidd” və ya ölkədə “ictimai asayişin əsasları” qərarlarına cavab olaraq xaricə qoşun göndərə bilərdi.

Putinin genişləndirilmiş səlahiyyətləri Qərb kəşfiyyat orqanlarının Kremlin bir və ya daha çox Avropa ölkəsi ilə müharibəyə hazırlaşdığı barədə xəbərdarlıqları fonunda baş verir. Ötən yay Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Krım ssenarisinə bənzər Baltikyanı bölgədə Rusiya təxribatı riski barədə xəbərdarlıq etmişdi. Danimarka kəşfiyyatı bu ilin fevral ayında Rusiyanın beş il ərzində Avropada tammiqyaslı müharibəyə başlaya biləcəyini bildirmişdi.
Mart ayında ABŞ kəşfiyyatı xəbərdarlıq etmişdi ki, Putin qəsdən vəziyyəti gərginləşdirə bilər, hətta NATO ilə birbaşa qarşıdurmaya qədər, nüvə silahından istifadə etməklə hədələyə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.