Dövlət sərhədində buraxılış məntəqələrinin sayı artırılıb

“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərara əsasən, dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısına “Laçın dövlət sərhədindən buraxılış məntəqəsi – Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında” əlavə edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.