DTX-nın azad olunmuş ərazilərdə hansı əməliyyatları keçirdiyi məlum olub

Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələri təxribatlar törətməyə cəhd edib.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev deyib.

O bildirib ki, bunların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin uğurlu antiterror əməliyyatlar keçirib:

“Həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir”.

Əvvəlki məqalə

“Ermənistan risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidir” –

Sonrakı məqalə

“Tərtər işi” ilə bağlı təqsirləndirilən 11 nəfərin məhkəməsi başlayır