Dumanlı hava şəraiti müşahidə olunur

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir: “Yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir. Eyni zamanda, cənub-şərq istiqamətli külək dənizdən rütubətli hava kütlələrinin sahilə doğru hərəkətini şərtləndirir. Bu da dumanın əmələ gəlməsinə səbəb olur”.

G.Məmmədovanın sözlərinə görə, Bakı, Sumqayıt, Neft daşları və Çilov adasında duman müşahidə olunur. Hazırda həmin ərazilərdə görmə məsafəsi 500 metrədək məhdudlaşıb.

“Martın 6-sı axşam saatlarından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq”, – deyə G.Məmmədova qeyd edib.

Əvvəlki məqalə

“Putin Lukaşenko vasitəsilə Çin hakimiyyətinə mesaj çatdırmayıb”

Sonrakı məqalə

Əkrəm İmamoğlu ilə Mansur Yavaş Akşenerlə görüşdü