Dünən cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Əvvəlki məqalə

“Bayden iki cümlə danışa bilmir, namizədliyini geri götürəcək” –

Sonrakı məqalə

“Mortal Kombat 2” filminin çəkilişləri tamamlanıb