Dünya Bankı son 20 ildə Azərbaycanın yol infrastrukturuna 1,1 mlrd. dollar ayırıb

2001-ci ildə bəri Dünya Bankı üç magistral yol layihələri çərçivəsində Azərbaycanda yol infrastrukturunun inkişafına və yenilənməsinə 1,096 mlrd. ABŞ dolları dəyərində investisiya yatırıb.

Dünya Bankından “APA-Economics”ə verilən məlumata görə, bunlar, “Magistral yol layihəsi” (40 mln. dollar), “İkinci magistral yol layihəsi” (675 mln. dollar) və hazırda aktiv və ən irimiqyaslı layihə sayılan “Üçüncü magistral yol layihəsi”dir (381,6 mln. dollar).

“Üçüncü magistral yol layihəsi”nin məqsədi Bakı-Şamaxı magistral yolunu daha sürətli və təhlükəsiz etmək, daha yüksək keyfiyyətli yol xidmətlərinin göstərilməsinə töhfə vermək və yeni yaranan avtomobil yolu şəbəkəsinin idarəetməsini yaxşılaşdırmaqdır. Dünya Bankı 2010-cu ilin mayında sözügedən layihəni təsdiqləyərək Azərbaycana 241,6 mln. dollar, daha sonra isə (2016-cı ilin mart ayında) əlavə olaraq 140 mln. dollar məbləğində kreditləri təsdiqləyib. Beləliklə, bankın sözügedən layihə üzrə öhdəlikləri 381,6 mln. dollar təşkil edib və məbləğin 311,29 mln. dolları artıq Azərbaycana ödənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Korotçenko: “Moskva minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün Ermənistana təzyiq etməlidir”

Sonrakı məqalə

Bakıda bağçalara uşaq qəbulu dayandırılıb