Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar bahalaşaraq 51,21 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar artaraq 47,93 dollar təşkil edib.