Dünya şöhrətli tenor Plaçido Dominqo koronavirusa yoluxub

22 Mart 2020 - 21:29

Tanınmış ispan tenor, opera müğənnisi Plaçido Dominqo koronavirusa yoluxub. 

APA-nın “Mirror”a istinadən verdiyi xəbərə görə, bu barədə Plaçido Dominqo “Facebook” hesabında bildirib.

O qeyd edib ki, hazırda vəziyyəti normaldır və ailəsi ilə birlikdə karantindədir.