Dünyada son sutka ərzində 359 488 nəfər koronavirusa yoluxub-9075 nəfər ölüb (ÜST)

Dünyada son sutka ərzində 359 488 nəfər koronavirusa yoluxub, 9075 nəfər ölüb. 

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 110 749 023 yoluxma hadisəsi, 2 455 131 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 47 faizdən çoxu Şimali və Cənubi Amerikanın (169 750) payına düşür. Digər yerləri isə Avropa (125 239) və Cənub-Şərqi Asiya (25 479) bölüşür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gədəbəydə baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub

Sonrakı məqalə

Ağ Evin “Youtube” hesabının şərh bölümü bağlanıb