Dünyada son sutkada 332 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 332 360 nəfər koronavirusa yoluxub, 9691 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 108 579 352 yoluxma hadisəsi, 2 396 408 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (173 109) payına düşür. Digər yerləri isə Avropa (92 634) və Şərqi Aralıq dənizi bölgəsi (26 949) bölüşür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AQTA Rusiyaya alma ixrac edən sahibkarlara müraciət etdi:

Sonrakı məqalə

Ümumdünya Ticarət Təşkilatına yeni rəhbər seçilib –