DYP dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib

DYP dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.

Qanunvericiliyə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən bildirilib ki, son günlər müşahidə olunan yağmurlu hava şəraitini nəzərə alaraq, sürücülər avtomobillərin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdır.

“Təəssüf ki, bəzən yağmurlu hava şəraitindən sui-istifadə edərək avtomobilinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməyən, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirən sürücülərə rast gəlinir, bu da xoşagəlməz nəticələrə səbəb olur.

Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla, həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq”, – müraciətdə deyilir.

Əvvəlki məqalə

Xankəndinə gedən Peşəkar Futbol Liqasının prezidenti qəzaya düşüb

Sonrakı məqalə

Güzəştli mənzil əldə etmək üçün 6 mindən çox vətəndaş müraciət edib