Edillidəki kütləvi məzalıqda qazıntılar davam etdiriləcək

Yaxın günlərdə Xocavəndin Edilli kəndində qazıntı işləri yenidən davam etdiriləcək.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun böyük məsləhətçisi Namiq Əfəndiyev deyib.

O qeyd edib ki, dövlət başçısının tapşırığı əsasında Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə fevral ayından əsir və itkin düşmüş şəxslərin axtarışına başlayıb:

“İlk olaraq işlərə Xocavəndin Edilli kəndində başlanılıb. Fevralda bu ərazidə 7 şəxsə aid insan qalıqları qazılaraq götürülüb. Sentyabrın 14-dən qazıntı işləri davam etdirilib. 5 tam, 1 qarışıq skelet və 12 şəxsə aid kütləvi məzarlıq aşkar edilib. Geyimlərindən hərbçilərimizə aid olduğu güman edilir. Axtarışlar davam etdiriləcək”. (APA)

Əvvəlki məqalə

ABŞ Prezidentinin müşaviri Azərbaycanın 17 erməni hərbçini təhvil verməsini alqışlayıb

Sonrakı məqalə

Bakıda Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi olub