Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib

Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.

Bu barədə AKİ-dən bildirilib.

Qeyd edək ki, 5 mart 2024-cü il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birgə keçirilmiş konfransında Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Əvvəlki məqalə

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Sonrakı məqalə

“Orta dəhlizin bel sütunu – Azərbaycan”… –