“Efirdə dava düşsə, sanksiya tətbiq edəcəyik” –Audiovizual Şuradan TV-lərə xəbərdarlıq

Audiovizual Şurası televiziya yayımçılarına xəbərdarlıq edib.

Bu barədə Audiovizual Şuradan  bildirilib.

Qeyd edilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Audiovizual Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb.

Həmin proqramlarda belə situasiyalar əvvəllər nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter almırdı: “Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların intensivləşməsi və sistematik hala çevrilməsi baş verir. Azərbaycan Respublikası Audiovizual Şurası yayımçıların diqqətinə çatdırır ki, proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa, onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaq”.

Əvvəlki məqalə

MEDİA-nın İcraçı direktoru BDU-nun Jurnalistika fakültəsində görüş keçirib

Sonrakı məqalə

Ötən gün ölkədə 15 nəfər koronavirusa yoluxub