“Ehtiyatda olan hərbçinin səsləndirdiyi bu fikirlər əsassızdır”- Müdafiə Nazirliyi

Noyabrın 1-də bəzi internet kanallarında ehtiyatda olan hərbi qulluqçu Səbuhi Abdullayev Azərbaycanın Hərbi Hava Qüvvələri və onun müvafiq silah-sursat sistemlərini modernləşdirməsi layihələri haqqında həqiqətə uyğun olmayan və peşəkarlıqdan tamamilə kənar fikirlər səsləndirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu şəxsin Hərbi Hava Qüvvələrimiz haqqında səsləndirdiyi fikirlər tam əsassızdır, yalan və iftiradan başqa bir şey deyildir. Onun bu fikirlərini təxribat və qəsdən Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək cəhdləri kimi qiymətləndiririk.

S.Abdullayevin həqiqəti əks etdirməyən və məsuliyyətsiz ittihamları ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı onun barəsində məhkəmə-hüquq müstəvisində müvafiq tədbirlər görəcək.

Əvvəlki məqalə

Azərbaycan Prezidenti Ərdoğanı təbrik edib

Sonrakı məqalə

Prezident İlham Əliyev Ərdoğanı Soçi görüşü barədə məlumatlandırıb