“Elə etməliyik ki, dövlətçilik ideyalarımıza kölgə salınmasın”- Məzahir Pənahov

“Bütün sivil ölkələrdə seçki hüquqları ilə bağlı işlərə məhkəmələrdə baxılır, biz bundan narahat olmamalıyıq”.

APA-nın məlumatına görə, bunu “Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli” mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, Azərbaycan Avropa ölkələri ailəsinin üzvüdür: “Bu ailənin də ümumi tələbləri və qaydaları var. Bu qaydalar çox sivildir. Daxildə seçki ilə bağlı proseslər elə həyata keçirilməlidir ki, Azərbaycan vətəndaşının daha sonra Avropa Məhkəməsinə çıxmaq hüququ pozulmasın. Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın və bu da bizim dövlətçilik ideyalarımıza kölgə salmasın”.

M.Pənahov qeyd edib ki, ümumi mənzərədən baxılsa Azərbaycanda bu istiqamətdə görülən işlərin hər biri öz layiqli yerindədir: “Azərbaycanda bütün sahələrdə olduğu kimi seçki sahəsində də nə qədər inkişaf etdiyi göz qabağındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Xətai rayonuna yeni icra başçısı təyin edib

Sonrakı məqalə

Əfqanıstanda ABŞ hərbi konvoyuna hücum olub