Əlahiddə Ümumqoşun Ordu Komandanına birinci müavin – Qərargah rəisi təyin olunub

Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini – Qərargah rəisi postuna yeni təyinat olub.

Müvafiq əmrə əsasən, bu vəzifəyə polkovnik Etibar Məhərrəmov təyinat alıb.

İndiyədək bu vəzifəni tutmuş general-leytenant Fazil Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini vəzifəsinə isə polkovnik Telman Hüseynov təyin olunub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.