“Elan olunan mesajlardan fərqli olaraq faktlar başqadır” –XİN başçısı İrəvanla danışıqlar barədə

“Ritorika və addımlar arasında fərq var. Vaxtaşırı müsbət mesajlar eşidirik, ancaq bu ardıcıl deyil və bəzən ziddiyyətli olur”.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, eyni şəxslərin çıxışlarında ziddiyyətlər mövcuddur: “Danışıqlar prosesində bir xəttin davam etdiyini görmək olmur. Elan olunan mesajlardan fərqli olaraq faktlar başqadır. Ermənistan tərəfi indiyə qədər silahlı birləşmələrini bu ərazidən çıxarılmayıb. Bu kontingentin çıxarılması üçtərəfli bəyanatda qeyd olunmuşdu”.

Əvvəlki məqalə

“İranlı həmkarım xoşagəlməz halların aradan qaldırılması üçün addımlar atır”-

Sonrakı məqalə

Xəzər sahilini çirkləndirən əsas amillər hansıdır?