Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib

Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib.

Milli Məclisin bu gün keçirilən iclasında “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Elman Rüstəmov AMB-ninn İdarə hetyətinin üzvlüyündən azad olunmaqla həm də AMB-nin sədrliyindən də azad olunacaq.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

 

İclasda daha sonra “Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Taleh Kazımov bank sahəsində uğurlu idarəedici kimi tanınır: “Bu təyinat komitə iclasında geniş müzakirə olunub. Dövlət başçısının bank sahəsi ilə bağlı geniş tapşırıqları var”.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Taleh Kazımovun Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi barədə təqdimat Azərbaycan Prezidenti tərəfindən göndərilib.

Taleh Kazımov buna qədər “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.

Əvvəlki məqalə

Aslan İsmayılovun Vəkillər Kollegiyasına üzvlüyü bərpa edilib

Sonrakı məqalə

Siyavuş Novruzov GMO məhsullarının ölkəyə gətirilməsinə etiraz edib