Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad olunaraq Xarici işlər naziir təyin edilib. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 iyul 2020-ci il.

Elmar Məmmədyarov Xarici işlər naziri vəzifəsindən azad edilib.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 iyul 2020-ci il.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.