Elmar Məmmədyarov Türk Şurasının baş katibi ilə görüşüb- FOTO

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Antalyada keçirilən iclası çərçivəsində Türk Şurasının baş katibi Bağdad Amreyev ilə görüşüb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, B.Amreyev Türk Şurasının Bakı Zirvə Görüşünün yüksək səviyyədə təşkilindən məmnunluq ifadə edib və Azərbaycanın bu kimi tədbirlərin keçirilməsi təcrübəsini yüksək dəyərləndirib.

Baş katib TDƏŞ-ə artan marağı qeyd edərək bir çox ölkələr tərəfindən təşkilatda müşahidəçi qismində qoşulmaq istəyinin ifadə edildiyini bildirib.

Təşkilatın qarşıda duran əsas vəzifələrinə toxunan B.Amreyev üzv ölkələrin energetika nazirlərinin görüşünün keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd edib.

Öz növbəsində, E.Məmmədyarov Türk Şurasının gündəliyində duran başlıca məsələlərlə bağlı verilən ətraflı məlumata görə təşəkkür edərək təşkilatın reallaşdırmağı nəzərdə tutduğu tədbir və layihələri təqdir edib.

Tərəflər həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İƏT Nazirlər Şurasının yekun sənədinə Azərbaycanın maraqlarına uyğun iki maddə salındı

Sonrakı məqalə

Çavuşoğlu: