Ən çox bəyənilən smartfonların adları açıqlanıb

İstehlakçıların ən çox razı qaldığı Android-smartfonların siyahısı tərtib edilib.

“AnTuTu” bençmarkının tərtibatçıları istehlakçıların rəylərinə əsasən noyabr ayında ən çox satılan və bəyənilən Android-smartfonların siyahısını açıqlayıb.

AZƏRTAC Rusiya KİV-ə istinadla xəbər verir ki, son üç ayda birinci yerdə qalmağa davam edən ağıllı cihaz “Honor Magic V2” smartfonudur. O, ötən ay istifadəçilərin 96,77 faiz müsbət rəyini alıb.

Ekspertlərin sözlərinə görə, açılıb-bağlanan ekrana malik bu cihazın bu qədər populyarlaşması qeyri-adi haldır. “Honor Magic V2” həqiqətən də öz həddindən artıq nazik gövdəsi və yüngül dizaynı sayəsində birinci olmağa layiqdir.

Reytinq siyahısında ikinci yerdə “iQOO 12 Pro” (96,06 faiz) smartfonu qərarlaşıb. O, özünün TOP-10 reytinqlərinə daxil olan yeni “Snapdragon 8 Gen 3” çipi ilə bütün smartfonları demək olar ki, qabaqlayır.

Ötən ay ikinci olan “Samsung S23 Ultra” flaqman smartfonu 95,68 faiz nəticə ilə geriləyərək, bu dəfə üçüncü olub.

Ən yaxşılar siyahısında, həmçinin “Xiaomi Mix Fold 3”, “Vivo X100”, “Meizu 20 Pro”, “Realme GT5”, “Vivo X90 Pro+” və “Samsung Galaxy S23” baza smartfonu var.

Əvvəlki məqalə

İş adamı oteldə 750 min avro dəyərində brilyant üzüyünü itirib

Sonrakı məqalə

Ceyranbatanda mənzildə partlayış baş verib