Ərdoğan İran prezidenti Pezeşkianla telefonla danışıb

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.

TRT Haber xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyə-İran əlaqələrinin bundan sonra da hər sahədə inkişaf edəcəyinə inamını ifadə edib.

Türkiyə lideri Məsud Pezeşkianı seçkilərdə qələbə münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Əvvəlki məqalə

Bayden seçki yarışından geri çəkilməyəcəyini bildirib

Sonrakı məqalə

Qusarın yeni icra başçısı kollektivə təqdim edilib