Ərdoğan Putinə zəng vurdu, təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibəti ilə təbrik edib, ona Rusiya xalqının rifahı naminə hökumət fəaliyyətində yeni uğurlar arzulayıb.

Tərəflər çoxşaxəli Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi maraqları naminə bundan sonra da sıx əməkdaşlıq üçün qarşılıqlı istək ifadə ediblər.

Liderlər beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən Qara dəniz regionu ilə bağlı məsələləri müzakirə ediblər.

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı və Türkiyədəki bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Müxtəlif formatlarda dialoqun davam etdirilməsi razılaşdırılıb.

Əvvəlki məqalə

ABŞ Putini təbrik etməyəcək –

Sonrakı məqalə

“Bu yay Suriyada yarımçıq qalan işlərimizi tamamlayacağıq” –