Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb. Uzundərə adlanan ərazisində baş tutan hərbi təlim səhər saat 09:30 radələrindən başlayıb.  Təlim zamanı ağır artilleriya qurğularından  atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrində eşidilir. Hazırda təlim davam edir.