Ermənistan Arazdəyən(Erasx)-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun 45 km-lik hissəsinin bərpa etməyi planlaşdırır.
Azpost.info bildirir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan TASS-a açıqlamasında deyib.
O qeyd edib ki, ekspertlərin ilkin qiymətləndirməsinə görə, Ermənistan ərazisindən keçən dəmir yolunun bu hissəsinin bərpası üçün 200 milyon dollar lazımdır.
“Yolun Ermənistandan keçən hissəsi 45 km-dir. Ümumi uzunluğu isə 340 km-dir”-deyə o vurğulayıb.