“Ermənistan-Azərbaycan sərhədində vəziyyət Rusiya üçün çox həssas məsələdir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin bu gün keçirilən iclasında deyib.
“Bir sıra MDB ölkələri ilə münasibətlərimiz və ən əsası bizim üçün Ermənistan-Azərbaycan sərhədində vəziyyət çox həssasdır” – deyə V. Putin vurğulayıb.
Prezidentin mətbuat xidmətinin rəhbəri Peskovun sözlərinə görə, iclasda Rusiyanın MDB ölkələri ilə, o cümlədən sərhəddəki gərginliyin fonunda Azərbaycan və Ermənistanla münasibətləri müzakirə olunub.