Ermənistan mina xəritələri ilə bağlı Aİ-yə müraciət etdi

Ermənistan Avropa İttifaqından Qarabağda minalanmış ərazilərlə bağlı Azərbaycana verilmiş xəritələrin yoxlanılmasında iştirak etməyi xahiş edir.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının beşinci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Ermənistan yeni mina sahələri xəritələri hazırlayıb və Azərbaycana ötürüb. Bu xəritələrin yoxlanılmasında Avropa İttifaqının mümkün iştirakını xahiş edirik”, – o deyib.

Qeyd edək ki, rəsmi Bakı minalanmış sahələrlə bağlı Ermənistanın təqdim etdiyi məlumatları natamam və etibarsız sayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.