“Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Haqlarını Araşdırma Komissiyasının üzvləri Azərbaycanın Gəncə şəhərində, Bərdə və Tərtər rayonlarında olub, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın törətdiyi cinayətlərdən zərərçəkənlərlə görüşüb”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə parlamentinin İnsan Haqlarını Araşdırma Komissiyasının sədri, AKP Bursa millət vəkili Hakan Çavuşoğlu deyib.
O qeyd edib ki, Ermənistan müharibə cinayətinə görə beynəlxalq məhkəmə qarşısında məsuliyyətə cəlb olunmalı, dinc insanlara vurduğu zərərlə bağlı təzminat ödəməlidir.