Ermənistan ordumuzun Füzulidəki mövqelərini atəşə tutub

Noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

“Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – MN-dən bildirilib.

Əvvəlki məqalə

Rasim Məmmədovun Aygün Kazımovadan aldığı evə həbs qoyulub

Sonrakı məqalə

Doqquz ayda ölkədə 46 min adam vəfat edib –