“Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik” –

Türkiyənin xarici işlər naziri
25 Fevral 2021 - 15:21

“Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik”.

Bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

O, harada olursa olsun, Türkiyənin çevrilişlərə qarşı olduğunu bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.