Erməni silahlıları Ordumuzun Kəlbəcərdəki mövqeyini atəşə tutub

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

Azərbaycan nümayəndə heyəti Xocalıda sülhməramlılarla nəyi müzakirə edib? –

Sonrakı məqalə

“Dollar zəifləyəcək…Bərabərsizlik artacaq…Əhali azalır və qocalır” –