Ermənistan öz silahlılarını Qarabağa daşımağa davam edir- Səfir

Ermənistan Rusiya sülhməramlılarının dəstəyi ilə öz silahlılarını Qarabağa daşımağa davam edir.

APA xəbər verir ki, bunu Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri, ölkəmizin NATO-dakı səfiri Cəfər Hüseynzadə “Twitter“də yazıb.

“Ermənistan öz silahlı dəstələrini Rusiya sülhməramlılarının dəstəyi ilə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonuna daşımaqda davam edir. Bu da 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın qəsdən pozulmasıdır və hərbi əməliyyatların bərpasına səbəb ola bilər” – Hüseynzadə qeyd edib.

Əvvəlki məqalə

Qırğızıstanda 20 min nəfərlik məscid tikilir

Sonrakı məqalə

İndoneziyada vulkan püskürdü –