Ermənistan Qoşulmama Hərəkatının Bakı sammitinə qatılacaq? –XİN-dən açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşündə qurumda müşahidəçi statusu olan Ermənistanın iştirakına münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Hərəkatın hazırkı sədri qismində Venesuelaya Bakıda keçiriləcək Zirvə görüşü ilə bağlı məlumat təqdim edərək, sədrlik vasitəsilə bütün ölkələrə bu toplantıda iştirak etmək üçün mövcud qeydiyyat proseduraları haqqında məlumatı yayıb.

“Tədbirdə iştirak etmək istəyi olan ölkələr özləri qeydiyyat keçirlər. Ermənistan tərəfi hələki tədbirdə iştirakla bağlı qeydiyyatdan keçməyib”, – L. Abdullayeva vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dedim tez təcili yardım çağırın, məni otaqdan qovdular”-  

Sonrakı məqalə

Azərbaycanın İndoneziyada səfiri təyin olunub