Ermənistan Laçında traktorumuzu atəşə tutub- FOTO

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

Rusiya Çinə zənginləşdirilmiş uran göndərir

Sonrakı məqalə

Azərbaycanda daha 29 nəfər COVID-19-a yoluxub