“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı saxta bəhanələrə son qoymalıdır”- XİN

Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında edilən paylaşımda qeyd olunub.

Bildirilib ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama məntəqələrinin üç qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.

Əvvəlki məqalə

“Gürcüstan Rusiya ilə vizasız rejimi nəzərdən keçirə bilər”

Sonrakı məqalə

Prezidentin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib