Ermənistanda İran avtobusu dərəyə aşıb, ölən və yaralananlar var –FOTO

Ermənistanda İran avtobusu dərəyə aşıb.

Azpost.info bildirir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb.

Aprelin 27-də Sünik rayonunun Xotanan kənd inzibati ərazisində, Goris-Kafan avtomobil yolunda İran dövlət nömrə nişanlı avtobus aşıb.

Qəza nəticəsində 2 nəfər yerindəcə keçinib, 20-dən çoxu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Sürücünün, ölənlərin və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.