Ermənistanda kütləvi həbslər aparılır

Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.

“Sputnik-Armenia” xəbər verir ki, bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.

İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri verdiyi ortaya çıxıb.

Qeyd olunub ki, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.