“Ermənistanla Azərbaycan arasında davamlı sülh üçün dəstəyi davam etdirəcəyik”- Dövlət Departamenti

“ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhə nail olmaq üçün danışıqlara yardım etməyə davam edəcək”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“Biz yaxın aylarda Ermənistan və Azərbaycan arasında ikitərəfli əsasda, tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar vasitəsilə danışıqları asanlaşdırmaq üçün fəaliyyətimizi davam etdirəcəyik”, – Prays bildirib.

Departament rəsmisinin fikrincə, problemlərin həlli və davamlı sülhə nail olmaq üçün əsas amil birbaşa dialoqdur.

Azpost.info

Əvvəlki məqalə

“Cəmiyyətdə daha Türkiyə ilə görüşüb-görüşməmək dilemması qalmayıb”

Sonrakı məqalə

Sabaha olan hava proqnozu