“Ermənistanla sülh müqaviləsinin imzalanmasını gözləmirəm” –ZƏRDÜŞT ƏLİZADƏ

“İlin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını gözləmirəm”.

Azpost.info bildirir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə Ednews-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sülhə mane olan xarici qüvvələr mövcuddur: “İlk növbədə Rusiya, Fransa imkan verməzlər ki, bu tezliklə sülh müqaviləsi imzalansın. Onların təsir imkanları çox genişdir. Azərbaycan və Ermənistan arasında rus qoşunları yerləşib. Rusiyanın Ermənistana siyasi-iqtsadi, hərbi təsir imkanları çox fəaldır. Azərbaycanın Ermənistana təzyiqi artırmaq imkanları var ki, Ermənistan gerçəkliyi dərk eləsin. Anlasın ki, erməni xalqının bir nömrəli müttəfiqi nə Rusiyadır, nə ABŞ-dır, nə də Avropadır. Onun bir nömrəli müttəfiqləri qonşuları – Türkiyə, Azərbaycan və Gürcüstandır. Bunu anlasalar, hər şey yaxşı olar”.

Politoloq bildirib ki, Azərbaycan və Ermənistan arasında həll olunması vacib olan məsələ delimitasiya və demarkasiyadır: “Təhlükəsizliyin təmini, sərhədlərin təyin olunması öz həllini tapmalıdır. İrəvan başa düşməlidir ki, Ermənistan və Azərbaycanın imzalamalı olduğu sülh müqaviləsi bütün qonşu ölkələr arasında imzalanan standart sənəddir. Bütün ölkələr arasında belə standart saziş mövcuddur. Orada tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birinin suverenliyinə hörmət edir, yalnız bunun əsasında daha sonra iqtisadi və digər sazişlər imzalanır. İnanmıram ki, ilin sonuna kimi bu məsələ həll yolunu tapsın”.

Əvvəlki məqalə

Messi dünya rekordunu təkrarlayıb

Sonrakı məqalə

“Boynunda kölə zənciri ilə İrana gətirəcəyik”